Gespasa FG-300 yanacaq filterini seçən daha bir məntəqə!
Galeri Teknik tərəfindən yanacaqdakı məhlulların və suyun avto nəqliyyat vasitələrinə keçidinin qarşısının alınması məqsədilə Gespasa FG-300 tipli filter sistemləri quraşdırılmağa davam edir. Yenilikcə, FG-300 yanacaq filteri Bakı şəhərində yerləşən nəqliyyat məntəqəsində quraşdırılmışdır.
Gespasa şirkəti 1974-cü ildən bəri yanacaqdoldurma sektorunda fəaliyyət göstərir və hal hazırda yanacaq transfer, filtrasiya və ölçüm sistemlərində dünya lideridir. Balaguer (LLeida), İspaniyada yerləşən 7,000 m2 fabrikasında Gespasa həm də yüksək texnologiya və mühəndisliklə istehsal olunmuş FG tip yanacaq filterləri də istehsal etməkdədir.
Gespasanın yanacaq filterləri yanacaqda olan çirkabın və suyun təmizlənməsini təmin edir və beləcə yanacaq doldurma məntəqələrinə müştərilər üçün daha keyfiyyətli benzin və yaxud dizel tədarükü üçün köməklik göstərir. Gespasa yanacaq filterləri istəyə və ehtiyaca görə fərqli növ mikronlarla konfiqurasiya oluna bilir və beləcə, istifadəçilərə işləmə rahatlığı təklif edir.