Tovuz şəhərində yeni yanacaq doldurma məntəqəsi istifadəyə verildi

Tovuz şəhərində yeni yanacaq doldurma məntəqəsi istifadəyə verildi

Galeri Teknik Ltd şirkəti yanacaqdoldurma sektorunda innovativ və praktik həllər təklif etməyə davam edir. Belə ki, şirkət ən müasir avadanlıqlarla təchiz olunmuş yeni yanacaq doldurma məntəqəsinin tikinti və quraşdırma işlərini tamamlayıb.

Yanacaq doldurma məntəqələrində sürücülərin ən çox diqqətini cəlb edən yanacaq doldurma dispenserləridir. Fasiləsiz yanacağın tədarükü üçün yanacaq doldurma dispenserləri qüsursuz çalışmalı və məntəqə sahiblərinə işləmə səmərəliyi təmin etməlidir. Bunun fərqində olan komandamız, yeni qurulmuş yanacaq doldurma məntəqəsini tam olaraq Mepsan Smartline H yanacaq dispenserləri ilə təchiz etmişdir. Ağıllı sistemə malik olan bu dispenserlər, YDM-də yarana biləcək xətaları detektorlar vasitəsi ilə anında göstərir və keyfiyyətli tərəzi sayəsində qüsursuz işləmə təmin edir. Bundan əlavə olaraq, unikal dizaynı ilə fərqlənən Mepsan Smartline H yanacaq dispenserləri yanacaq doldurma məntəqələrinin cəlbediciliyini artırmaqda da önəmli rol oynayır.

Yenicə təhvil verilmiş bu yanacaq doldurma məntəqəsi, hal hazırda Tovuz şəhərində "Lukoil" brendi altında fəaliyyət göstərməkdədir.